Rektorun qızını döyən şəxslərin anası- - "İntelegent oğlandırlar"

rektorun-qizini-doyen-sexslerin-anasi-
Oxunma sayı: 8993


“Qafqazinfo”nun prosesi izləyən əməkdaşının verdiyi məlumata görə, hadisədə təqsirləndirilən qardaşlar-Zaur və Elin Məmmədovların anası Gülnarə Məmmədova məhkəmə qarşısında açıqlama verib. O, oğlanları barəsində yayılan məlumatların həqiqət olmadığını bildirib:

“Bizim “Bentley” maşınımız yoxdur, biz onu sadəcə olaraq icarəyə götürmüşdük. Yayılan video olan adamların mənim oğlanlarım olduğu sübut olunmayıb. Çünki video aydın deyil. Heç maşının nömrəsi də görünmür. Həm də sizin yazdığınız kimi deyil, videoda görünən maşın, "Bentley" elə də baha maşın deyil. Mənim oğlanlarımın deyildiyi qədər də pulu, o qədər imkanı da yoxdur. Heç yazıldığı kimi avtoritet də deyillər, intelegent oğlandırlar. Turizm şirkəti işlədirlər. Bakıya bir müddət öncə qayıdıblar. Mən Ülkər İsayevanı şəxsən tanımıram. Oğlanlarımın da onu haradan tanıdığını deyə bilmərəm”. 

Gülnarə Məmmədovanın sözlərinə görə, Elin və Zaur hadisənin şokundan çıxa bilmirlər:

“Özləri mənə deyillər ki, “Mama, biz hələ də bu hadisənin təsirindən çıxa bilməmişik. Nə baş verdiyini bilmirik anlamırıq”. 

Qeyd edək ki, məhkəmədə qərar qəbul olunmayıb və növbəti iclas sabaha təyin olunub. 

Murad Əhməd