Rəmiş sabah dəfn olunacaq

remis-sabah-defn-olunacaq
Oxunma sayı: 4330

Bu gün vəfat edən Xalq artisti, tanınmış gitaraçı Rafiq Hüseynovun (Rəmiş) dəfn olunacağı yer bəlli olub.

Bu barədə “Qafqazinfo”ya sənətkarın yaxınları məlumat verib.

Bildirilib ki, Rəmişin nəşi Yasamal (“Qurd qapısı”) qəbiristanlığında torpağa tapşırılacaq.

Onunla vida mərasimi keçirilməyəcək. Cənazə 1 saylı Kliniki Mərkəzdən qəbiristanlığa aparılacaq.

Qeyd edək ki, ciyərlərində problem yaranan Rəmiş yanvarın 28-də  xəstəxanaya yerləşdirilmişdi. O, bu gün dünyasını dəyişib.