Braziliya baş məşqçisi Tite "Atletiko"nun (Madrid) müdafiəçisi Renan Lodini Ekvador və Paraqvaya qarşı keçiriləcək Dünya Çempionatının seçmə oyunları üçün milliyə çağırmayıb.
“Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, buna səbəb futbolçunun tam COVID-19 peyvəndi olunmamasıdır.
Ekvador ölkəyə daxil olanların tam peyvənd olunmasını tələb etdiyini açıqlayıb.
Qeyd edək ki, yanvarın 28-də Ekvadorun qonağı olacaq Braziliya millisi fevralın 2-də Paraqvayı qəbul edəcək.
Son xəbərlər
Son Xəbərlər