Renat Dadaşov baş məşqçisiz qaldı

renat-dadasov-bas-mesqcisiz-qaldi
Oxunma sayı: 2013

Azərbaycan millisinin hücumçusu Renat Dadaşovun formasını geyindiyi Türkiyənin “Ankaragücü” klubu baş məşqçisiz qalıb.

“Qafqazinfo” xəbər verir ki, Cihat Arslan komandanın baş məşqçisi postunu tərk edib.

Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

Tərəflər qarşılıqlı razılıq əsasında müqaviləyə xitam veriblər.

Klub baş məşqçi postu üçün “Neftçi”nin sabiq çalışdırıcısı Adrian Mutu ilə maraqlanır. I Liqa təmsilçisi Mutu ilə yanaşı, Ömər Ərdoğanla da danışıqlar aparır. Paxtaxt klubu danışıqların nəticəsinə əsasən bu iki mütəxəssis arasında seçim edəcək.

Qeyd edək ki, Dadaşov mövsümün əvvəlində Ankara klubuna keçib.