Renat Dadaşov dubl etdi - Video

renat-dadasov-dubl-etdi
Oxunma sayı: 2195

İngiltərə Premyer Liqa 2-də 18-ci turun oyunları keçirilib.

"Qafqazinfo" xəbər verir ki, Renat Dadaşovun çıxış etdiyi “Vulverhempton”un U-23 komandası səfərdə “Tottenhem"li həmyaşıdlarına 2:3 hesabı ilə uduzub.

Start heyətdə meydana çıxan Dadaşov sonadək mübarizə aparıb. Komandasının hər iki qolunu da Dadaşov vurub. Matçın 77-ci dəqiqəsində penaltidən fərqlənən gənc hücumçu 85-ci dəqiqədə fərqi minumuma endirib. 
 
Qeyd edək ki, “Vulverhempton” bu oyundan sonra yer aldıqları 1-ci qrupda 12 kollektiv arasında 11 xalla sonuncu pillədə qərarlaşıb.