Renat Dadaşov komandasına qələbə qazandırdı

renat-dadasov-komandasina-qelebe-qazandirdi
Oxunma sayı: 1566

Portuqaliya kubokunda III təsnifat mərhələsinin görüşləri keçirilib.

"Qafqazinfo" xəbər verir ki, Azərbaycan millisinin üzvü Renat Dadaşovun formasını geyindiyi “Paşus de Ferreyra” səfərdə aşağı liqa təmsilçisi “Louletano” ilə üz-üzə gəlib. Qarşılaşmanın əsas vaxtı 1:1 hesablı heç-heçə ilə başa çatıb. Əlavə vaxtda isə Renat komandasının qələbə qolunu vurub. Qələbə sayəsində "Pasuş de Ferreyra" mərhələ adlayıb.

Renat start heyətdə meydana çıxıb və sonadək oynayıb.