Renat Dadaşov “Liverpul”a qol vurdu

renat-dadasov-liverpula-qol-vurdu
Oxunma sayı: 2178

Beynəlxalq Premyer Liqa Kubokunda qrup mərhələsinin sonuncu turunun oyunları keçirilib. “Qafqazinfo” xəbər verir ki, Renat Dadaşovun formasını geyindiyi İngiltərənin “Vulverhempton” klubunun U-23 komandası da növbəti matçına çıxıb

Sözügedən komanda “Liverpul”un eyni yaş qrupundan ibarət kollektivi ilə üz-üzə gəlib. Dörd qolun qeydə alındığı matçda qalib müəyyənləşməyib – 2:2.
 
Renat da bu görüşün iştirakçısı olub. O, start heyətdə meydana çıxıb və sonadək mübarizə aparıb. Komandasının ikinci qolunu da 49-cu dəqiqədə məhz Dadaşov vurub.
 
Qələbə qazanacağı halda vahid qrup lideri kimi 1/4 finala vəsiqə qazanmaq şansı olan “Vulverhempton” bu heç-heçə nəticəsində 3 xalla qrup sonuncusu olub. Qrup birincisi olan “Liverpul”, eləcə də PSJ və “Atletik” isə 4 xal toplayıb.