Renat Dadaşov “Vulverhempton”da debüt etdi

renat-dadasov-vulverhemptonda-debut-etdi
Oxunma sayı: 1773

Portuqaliyanın “Pasuş de Ferreyra” klubuna lazım olmayan Renat Dadaşov müqavilə ilə məxsus olduğu "Vulverhempton"a qayıdıb.

“Qafqazinfo” xəbər verir ki, Azərbaycan millisinin üzvü “canavarlar”ın U-23 komandasına qoşulub. O, “Bləkbörn”lə qarşılaşmada meydanda olub. Qarşılaşma “Vulverhempton”un 1:0 hesablı məğlubiyyəti ilə başa çatıb.
 
“Vulverhempton” Renat Dadaşovu başqa kluba icarəyə vermək üçün uyğun variantlara baxır.