Renat Dadaşovdan növbəti qol

renat-dadasovdan-novbeti-qol
Oxunma sayı: 3402

Azərbaycan millisinin futbolçusu Renat Dadaşovun çıxış etdiyi "Qrasshopper" İsveçrə çempionatının 3-cü turunda "Bazel"i qəbul edib.

“Qafqazinfo” xəbər verir ki, oyun "Qrasshopper"in 3:1 hesablı qələbəsi ilə başa çatıb.

Start heyətdə meydana çıxan millimizin hücumçusu 37-ci dəqiqədə komandasının 3-cü qolunu vurub. O, görüşün 68-ci dəqiqəsində əvəzlənib.

Bu nəticədən sonra "Qrasshopper" 4 xalla 6-cı, "Bazel" 3 xalla 9-cu pillədə qərarlaşıb.