Renatanı öz ad günündə maşın vurdu

renatani-oz-ad-gununde-masin-vurdu
Oxunma sayı: 2414

Bu gün 53 yaşını qeyd edən rusiyalı aktrisa Renata Litvinova Moskvada yol qəzasına düşüb.

“Qafqazinfo” Rusiya mediasına istinadən xəbər verir ki, hadisə Renata şəhərin mərkəzində gəzərkən olub. Aktrisa əlindən və ayağından xəsarət alıb. Həkimlər ona təcili yardım göstəriblər.

Ehtimal edilir ki, Renatanı vuran avtomobilin sükanı arxasında qadın olub.