Renatla Rahilin komandası üçün uğursuz tur

renatla-rahilin-komandasi-ucun-ugursuz-tur
Oxunma sayı: 1334

Azərbaycan millisinin futbolçuları Rahil Məmmədov və Renat Dadaşovun çıxış etdiyi “Radomyak” komandası Polşa çempionatında növbəti oyununa çıxıb.

“Qafqazinfo” xəbər verir ki, 28-ci turda “Zaqlembe” ilə qarşılaşan Radom təmsilçisi 0:1 hesablı məğlubiyyətə üzülüb.

Start heyətdə meydana buraxılmış Renat 82-ci dəqiqədə əvəzlənib. Rahilin adı isə iştirak ərizəsinə salınmayıb.

Qeyd edək ki, “Radomyak” hazırda ölkə çempionatında 34 xalla 11-ci sırada yer alıb.