Renessans Palace-ın xüsusi endirimlər təklifi davam edir - Video

renessans-palace-in-xususi-endirimler-teklifi-davam-edir
Oxunma sayı: 1120

Bakının ən iri və yaşayışa təhvil verilən premium kompleksi “Renessans Palace”-ın dekabrın 1-dən başlanan “Özəl yeni il” kampanıyası mənzil sahibi olmaq istəyənlərə 10%-dək endirim, 36 aylıq daxili faizsiz kredit imkanı yaradır və ya avtomobil üçün park yeri hədiyyə edir.  “Qafqazinfo” xəbər verir ki, “Özəl yeni il” kampaniyası premium mənzilə sahib olmaq istəyənlər üçün əsl fürsətdir. Kampaniya yanvarın 10-dək davam edəcək. Yeni ilə yeni arzularla başlamaq istəyən hər kəs “Renessans Palace”ın bu özəl endirim və hədiyyə imkanından faydalana bilər. 

Premium seqmentin keyfiyyət, infrastruktur, xidmət və digər bütün tələblərinə riayət olunmaqla inşa olunan “Renessans Palace” dörd korpus, 20 blok, 1084 mənzildən ibarətdir. Mənzillərin hündürlüyü standard ölçülərdən (3 metr) daha artıq –  3.35 metrdir. Binaların hər mərtəbəsində mənzil sayı maksimum 4-dür. Hər blokda 3 ədəd “Mistubishi” markalı sürətli liftlər quraşdırılıb.

“Renessans Palace”-la əlaqə yaratmaq istəyənlər 0125382977 və 0507158888 nömrələrinə zəng vura bilərlər.