Bakının keyfiyyət və gözəlliyilə seçilən yaşayış kompleksi “Renessans Palace” 1,5 hektarlıq ərazisini “Qorunan həyət” konsepsiyası ilə təqdim edir. Dörd binanın həyəti kənardan girişlərə qapadılaraq yalnız sakinlərin istirahəti üçün aktiv zona kimi nəzərdə tutulub. Burada yaşıllıq, ağaclar, xüsusi qaçış və velosiped zolaqları, voleybol və basketbol meydançası, uşaqlar üçün oyun meydançaları, velo parkinq əhalinin ixtiyarındadır. Kompleksin aşağı mərtəbələrində fəaliyyət göstərən kommersiya obyektlərinin belə daxili parka çıxışı yoxdur.
“Qafqazinfo” xəbər verir ki, xüsusi nəzarət sistemi hesabına yad insanların kompleksə birbaşa girişi və çıxışı yalnız icazə əsasındadır. “Renessans Palace”da, həmçinin, sakinlərin rahatlığını və təhlükəsizliyini tam təmin etmək üçün “Avtomobilsiz həyət” prinsipi əsas götürülərək aktiv zonaya avtomobillərin girişinə tam qadağa qoyulub. Həm sakinlərin özləri, həm də onların qonaqları üçün nəzərdə tutulan 3 mərtəbəli yeraltı qaraj isə məhz “Avtomobilsiz həyat” yanaşmasını insanların rahatlığını pozmadan tətbiq etməyə imkan verir.
Əgər siz də “Renessans Palace”-ın yaratdığı gözəllikdən zövq almaq istəyirsizsə 0507158888 nömrəsinə zəng vura bilərsiz.




Son xəbərlər
Son Xəbərlər