“Renessans Palace” sakinləri üçün ən sürətli internet şəbəkəsini yaradıb - Fotolar

renessans-palace-sakinleri-ucun-en-suretli-internet-sebekesini-yaradib
Oxunma sayı: 1709

Ötən ilin sentyabr ayından yaşayışa tam  təhvil verilən, paytaxtın ən iri premium yaşayış komplekslərindən sayılan “Renessans Palace” da hazırda 300-dən artıq sakin yaşayır.

"Qafqazinfo" xəbər verir ki, özünün ən iri qapalı həyəti ilə, ən iri parkinq sahəsilə seçilən kompleks öz sakinləri üçün GPON texnologiyası ilə ən sürətli internet və İP telefoniya şəbəkəsini yaradıb. Müasir şəbəkə texnologiyalarından sayılan GPON stabillik, ümumi şəbəkədəki yüklənmədən və xarici faktorlardan asılı olmayaraq qoşulmada yüksək keyfiyyətilə fərqlənir. Avropa və dünyanın bir çox aparıcı ölkələrində məhz GPON müasir sürət standartı hesab edilir. Renessans Palace-ın öz sakinləri üçün tətbiq etdiyi bu sistem saniyədə 20 Mbitdən 500 Mbitə qədər geniş sürət diapazonunu təqdim edir. Bu sistem kompleksdə Çinin telekommunikasiya nəhənglərindən sayılan HUAWEI şirkətinin avadanlıqları ilə quraşdırılıb.

Premium seqmentin keyfiyyət, infrastruktur, xidmət və digər bütün tələblərinə riayət olunmaqla inşa olunan “Renessans Palace” dörd korpus, 20 blok, 1084 mənzildən ibarətdir. Mənzillərin hündürlüyü standard ölçülərdən (3 metr) daha artıq –  3.35 metrdir. Binaların hər mərtəbəsində mənzil sayı maksimum 4-dür. Hər blokda 3 ədəd “Mistubishi” markalı sürətli liftlər quraşdırılıb.

Renessans Palace premium kompleksində yaşamaq istəyən digər şəxslər aşağıdakı nömrələrlə əlaqə saxlaya bilərlər: 0125382977 və 0507158888.