“Renessans Palace” sakinləri üçün xüsusi imkanlar yaradır - Fotolar

renessans-palace-sakinleri-ucun-xususi-imkanlar-yaradir
Oxunma sayı: 2840

Yasamal rayonu ərazisində yerləşən, ötən ilin sentyabrından təhvil verilən “Renessans Palace” yaşayış kompleksi infrastuktur, keyfiyyət və digər standardlara görə premium sinfin tələblərinə uyğun olaraq inşa edilib. Kompleksin inşasında keyfiyyətlə paralel sakinlərin rahatlığı, təhlükəsizliyi və komfortu əsas götürülüb. “Qafqazinfo” xəbər verir ki, bu səbəbdən də kompleksin ilk 2 mərtəbəsi iaişə obyektləri (restoran, kafelər, fitnes zal, uşaq bağçası, gözəllik salonu, sağlamlıq mərkəzi, supermarket və s.) kimi nəzərdə tutulub. Gündəlik həyat üçün zəruri olan obyektləri yaxın etməkdə məqsəd sakinlərə zaman və məsafə baxımından qənaət imkanı yaratmaqdır. Beləcə insanlar zəruri gündəlik məşğuliyyətlərini yaşadıqları kompleksdən kənara çıxmadan da yerinə yetirə biləcəklər.

“Avtomobilsiz həyət” konsepsiyasına əsaslanan “Renessans Palace”da avtomobillərin həyətə buraxılmasına icazə verilməsə də , bu nə sakinlər, nə də qonaqlar üçün narahatlıq yaratmır. Belə ki, kompleksin 1550 avtomobillik yeraltı parkinqi avtomobillərin tam, təhlükəsiz yerləşdirilməsinə imkan verir. “Renessans Palace” təkcə sakinləri üçün deyil, həm də kompleksin ətraf perimetri boyunca yaratdığı 120 avtomobillik yer ilə ətrafda yaşayan, işləyən insanlar üçün də rahat parkinq imkanı yaradıb.    

“Renessans Palace”da premium mənzilə sahib olmaq istəyənlər aşağıdakı nömrələrlə əlaqə saxlaya bilərlər: 0125382977 və 0507158888.