“Renessans Palace”da - “Həyat evinizin altında” olacaq

renessans-palaceda
Oxunma sayı: 1332

Yasamal rayonu ərazisində yerləşən, “AS Qrup” şirkətinin layihəsi olan “Renessans Palace” yaşayış kompleksi infrastuktur, keyfiyyət və digər standardlara görə premium sinfin tələblərinə uyğun olaraq inşa edilib.

Şirkətdən “Qafqazinfo”ya daxil olan məlumata görə, kompleksin inşasında keyfiyyətlə paralel sakinlərin rahatlığı, təhlükəsizliyi və komfortu əsas götürülüb. Bu səbəbdən də kompleksin ilk 2 mərtəbəsi iaişə obyektləri (restoran, kafelər, fitnes zal, uşaq bağçası, gözəllik salonu, sağlamlıq mərkəzi və s.) kimi nəzərdə tutulub. Gündəlik həyat üçün zəruri olan obyektləri yaxın etməkdə məqsəd sakinlərə zaman və məsafə baxımından qənaət imkanı yaratmaqdır. Beləcə insanlar zəruri gündəlik məşğuliyyətlərini yaşadıqları kompleksdən kənara çıxmadan da yerinə yetirə biləcəklər.

3 hektar ərazini əhatələndirən “Renessans Palace”ın 1,6 hektar hissəsi sakinlər üçün qapalı park olacaq.  “Renessans palace” həm də 120 yerüstü, 1500 yeraltı avtomobil parkinq yeri ilə paytaxtın ən iri avto-parkinqinə sahib yaşayış kompleksidir.