Ölkənin ən iri premium sinif yaşayış kompleksi “Renessans Palace”da istər kompleks daxilində, istərsə də, onun ətraf perimetri boyunca geniş parkinq imkanı yaradılıb. “Qafqazinfo” xəbər verir ki, “Avtomobilsiz həyət” konsepsiyasına əsaslanan “Renessans Palace”da avtomobillərin həyətə buraxılmasına icazə verilməsə də, bu, nə sakinlər, nə də qonaqlar üçün narahatlıq yaratmır.
Belə ki, kompleksin 1550 avtomobillik yeraltı parkinqi avtomobillərin tam, təhlükəsiz yerləşdirilməsinə imkan verir. Həmçinin 3 mərtəbəli yeraltı parkinqdəki xüsusi şəbəkə gücləndiricilər hesabına yeraltı dayanacağın bütün mərtəbələrində sakinlər üçün kəsilməyən mobil rabitə təmin olunub.
“Renessans Palace” təkcə sakinləri üçün deyil, həm də kompleksin ətraf perimetri boyunca yaratdığı 120 avtomobillik yer ilə ətrafda yaşayan, işləyən insanlar üçün də rahat parkinq imkanı yaradıb.
Premium seqmentin keyfiyyət, infrastruktur, xidmət və digər bütün tələblərinə riayət olunmaqla inşa olunan “Renessans Palace” 4 korpus, 20 blok, 1084 mənzildən ibarətdir. Mənzillərin hündürlüyü standard ölçülərdən (3 metr) daha artıq – 3.35 metrdir. Binaların hər mərtəbəsində mənzil sayı maksimum 4-dür. Hər blokda 3 ədəd “Mistubishi” markalı sürətli liftlər quraşdırılıb.
Premium mənzildə yaşamaq istəyən digər şəxslər aşağıdakı nömrələrlə əlaqə saxlaya bilərlər: *0099 və 0507158888



Son xəbərlər
Son Xəbərlər