“Renessans Palace”ın premium üstünlükləri - Fotolar

renessans-palacein-premium-ustunlukleri
Oxunma sayı: 1672

Dörd korpus, 20 blok, 1084 mənzildən ibarət, 3 hektar ərazini əhatə edən və yaşayış üçün sakinlərin ixtiyarına verilən “Renessans Palace” özünə xas üstünlüklərlə, premium kateqoriya üçün tələbləri ödəməsi ilə şəhərin digər yaşayış komplekslərindən fərqlənir.

“Qafqazinfo” xəbər verir ki, ilk olaraq “Renessans Palace” yerləşməsinə görə önə çıxır. Məlumdur ki, premium yaşayış kompleksləri şəhərin sakit hissələrində yerləşərək mərkəzdən nisbətən aralı olurlar. Yasamal rayonunda Musabəyov parkı yaxınlığında Zahid Xəlilov küçəsi ilə Həsən Məcidov küçəsinin kəsişməsində yerləşən “Renessans Palace” bu baxımdan uğurlu layihədir.

“Renessasn Palace” həmçinin 1.5 hektarlıq həyətilə Bakı şəhərindəki ən iri premium yaşayış kompleksidir. Xüsusi landşaft dizayna malik həyət avtomobil girişinə qapalı olması ilə sakinlərinin rahat istirahətini ən üst səviyyədə nəzərdə tutub.

Binalar Naxçıvan istehsalı aqlay və Ukrayna istehsalı qranitlə üzlənərək xüsusi dizaynı ilə təmtəraq nümunəsi təsiri bağışlayır.

Qranit elementlərlə bəzədilmiş travertin daşlı bloklara daxil olduqda Yaponiya istehsalı 3 liftlə mərtəbələrə qalxmaq mümkündü. Mənzillərin hündürlüyü standard ölçülərdən daha artıq – 3.35 metrdir. Çöl divarlar termobloklarla tikildiyindən evlər yayda sərin, qışda isə isti qalır. Bu isə 40% enerjiə qənaət etməkdir. Pəncərələr izosistemli, 4 kameralı olduğundan Bakı küləyinin səsini və soyuğu içəri buraxmır.

“Renessans Palace”da premium mənzilə sahib olmaq istəyənlər aşağıdakı nömrələrlə əlaqə saxlaya bilərlər: 0125382977 və 0507158888.