Rəngli azarkeşlər, mehriban rəqiblər... - Fotolar

rengli-azarkesler-mehriban-reqibler
Oxunma sayı: 1397

Avro-2020-nin qrup mərhələsinin son turunda Portuqaliya və Fransa üz-üzə gəldi. “Qafqazinfo” xəbər verir ki, bu qarşılaşma qrup mərhələsinin ən çox gözlənilən matçı idi.

2016-cı ildə keçirilən Avropa çempionatının finalında üz-üzə gələn komandaların bu dueli böyük maraq kəsb edirdi. Portuqaliyanın qrupdan çıxmaq üçün xal qazanmalı olduğu oyunda Fransa 5 il öncəki finalın qisasını almaq istəyəcəkdi. Və kifayət qədər maraqlı alınan qarşılaşma 2:2-lik bərabərliklə başa çatdı.

Qarşılaşmada qolları Madrid “Real”ında uzun illər birlikdə oynamış Kriştianu Ronaldo və Kərim Benzema vurdu.

Portuqaliyalı ulduz 2 dəfə penaltidən fərqləndisə, Benzema 1 penaltidən, bir də oyun vəziyyətindən rəqib qapısının torunu silkələdi.

Qarşılaşmanın fasiləsində Ronaldo ilə Benzemanın səmimi fotoları dünya idman mediasının gündəmini zəbt etdi.

Oyundan sonra ən çox müzakirə olunan isə “Real”a keçəcəyi və orada Ronaldonu əvəz edəcəyi deyilən Kilyan Mbappe ilə Kriştianunun birlikdə çəkilmiş fotoları idi. Onların gülümsəyərək poz verdikləri şəkillər geniş müzakirə mövzusu yaratdı.

Bundan başqa azarkeşlərin yaratdığı ab-hava da diqqətdən qaçmadı. Belə ki, hər iki tərəfin fanatları bu matça ciddi hazırlaşmışdı.

Qarşılaşmadan maraqlı fotoları təqdim edirik: