İyunun 13-də Azərbaycan Rəssamlar İttifaqının (ARİ) Vəcihə Səmədova adına sərgi salonunda Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin (ADMİU) rəssamlıq fakültəsi müəllimlərinin əsərlərindən ibarət “Rəngli duyğular” adlı sərginin açılışı keçirilib.
"Qafqazinfo" xəbər verir ki, ARİ-nin sədri, Xalq rəssamı Fərhad Xəlilov bildirdi ki, bir müddət öncə bu məkanda ADMİU tələbələrinin əsərlərindən ibarət sərgi təşkil edilmişdi, indi isə onların müəllimlərinin əl işləri sərgilənir. Onun sözlərinə görə, belə sərgilər gənc rəssamlar üçün əsl örnəkdir.
F.Xəlilov universitetin müəllimi, Xalq rəssamı, heykəltəraş Xanlar Əhmədovu 70 yaşı münasibətilə təbrik etdi, ona hədiyyə bağışlayıb.
ADMİU-nun rektoru, professor Fərəh Əliyeva vurğulayıb ki, təsviri sənətimizin yaranması və inkişafı incəsənətimizin müxtəlif mərhələlərini təmsil edən sənətkarlar nəsli ilə qırılmaz bağlıdır:
“Uzun illər rəssamlar nəsli yetişdirən ADMİU bu gün də həmin şərəfli missiyanı yerinə yetirir. Burada müəllimlərimizin əsərləri bir-birindən fərqli və göz oxşayandır. Onları sərgi münasibətilə təbrik edirəm”.
Son xəbərlər
Son Xəbərlər