RenTV-nin əməkdaşı İstanbulda yoxa çıxıb

rentv-nin-emekdasi-istanbulda-yoxa-cixib
Oxunma sayı: 1182

Rusiyanın RenTV telekanalının əməkdaşı Valentin Truşnin İstanbul hava limanında saxlanılıb.

“Qafqazinfo” Virtualaz.org-a istinadən xəbər verir ki, bu barədə sözügedən telekanalın saytında bildirilir.

Jurnalist Türkiyəyə baş tutmamış dövlət çevrilişi barədə reportaj hazırlamaq üçün ezam olunmuşdu.

RenTV-nin çəkiliş qrupu sərhəddə iyulun 18-i səhər vaxtı saxlanılıb. Valentin Truşnin redaksiyaya saxlanmaları, axtarış aparıldığı və sənədlərinin götürülməsi barədə məlumat ötürməyə imkan tapıb. O vaxtdan bəri 10 saatdır ki, jurnalistlə əlaqə yoxdur.

Telekanal Türkiyədəki Rusiya səfirliyinə, həmçinin Xarici İşlər Nazirliyinə müraciət edib. Diplomatlar Valentin Truşninin yerini müəyyənləşdirməyə çalışırlar.