“Renzo Gracie Academy Azerbaijan”ın idmançıları İstanbuldan qələbə ilə qayıdıblar

renzo-gracie-academy-azerbaijanin-idmancilari-istanbuldan-qelebe-ile-qayidiblar
Oxunma sayı: 1138

“Renzo Gracie Academy Azerbaijan”nın idmançıları beynəlxalq yarışmadan qələbə ilə qayıdıblar.

27 may 2023-cü il tarixində Türkiyənin İstanbul şəhərində AJP təşkilatının keçirdiyi beynəlxalq yarışmada “Renzo Gracie Academy Azerbaijan”nı təmsil edən Zeynalov Sənan ki mo no versiyasında, akademiyanın qriplinq üzrə məşqçisi Fərhad Bağırov rəqiblərini üstələyərək 1-ci yeri qazanıblar.

“Renzo Gracie Academy Azerbaijan” “Renessans Palace” Yaşayış Kompleksində (Əhməd Cəmil küçəsi 27) yerləşir. Akademiyada müxtəlif yaş qrupları üçün jiu-jitsu, boks, kiq-boks, tay-boks, güləş, sərbəst güləş üzrə məşğələlər keçirirlir. “Renzo Gracie Academy Azerbaijan” haqqında daha ətraflı məlumat almaq üçün 0122109156 nömrəsilə əlaqə yarada bilərsiz. Həmçinin akademiyanın renzograciez instaqram səhifəsindən də məlumat əldə edə bilərsiz.