Reper Bakıda dəfn ediləcək- - Yas mərasimindən fotolar+Yenilənib

reper-bakida-defn-edilecek-
Oxunma sayı: 8894


Keçirdiyi qəza nəticəsində dünyasını dəyişən mərhum reper Hüseyn Dərya Bakıda dəfn ediləcək. 

“Qafqazinfo” xəbər verir ki, dəfn mərasimi bu gün saat 12:00 da Yasamal qəbirstanlığında baş tutacaq.

Qeyd edək ki, martın 14-də saat 23 radələrində Hüseyn Dərya idarə etdiyi “Opel Astra” markalı 99 EK 575 nömrə nişanlı minik avtomobili idarə edərkən Heydər Əliyev Beynəlxalq Hava limanına gedən yolda qəzaya düşüb.

***

“Qafqazinfo”nun yas mərsimində olan əməkdaşının sözlərinə görə, Yasamalda Günəş petrolun yaxınlığında təşkil edilən mərasimdə mərhumun ailəsi və yaxınları ilə yanaşı sənət dostları da iştirak edir. Müğənni Rəqsanə İsmayılova, reper həmkarı Anar Nağılbaz, teleaparıcı Elgiz Əkbər, Sərxan Kərəmoğlu, rejissor Kənan MM və başqa sənəçilər mərhumu son mənzilə yola salmağa gəliblər. 

***

Hüseyn Dəryanın dostu Süleyman açıqlamasında bildirb ki, mərhumun qanından analiz edilib və qanda narkotik maddə aşkarlanmayıb.

***

Mərhumun  Rusiyada yaşayan birinci həyat yoldaşı Hüseyn Dəryanın ölümünü əvvəlcədən hiss etdiyini bildirib: "Hər gün zəng vururdu, internetdən danışırdıq. Elə deyirdi gəl-gəl. Elə bil hiss edirdi ki, nə isə olacaq. Başına bir iş gələcək. Biz gəldiyimiz günün gecəsi qəzaya uğradı. Görüşə bilmədik. Xəstəxanada o özündə deyildi. Bizim gəldiyimizi bilmədi". Qızı Ayşə Muradova isə atasını çox sevdiyini və onunla ən son keçən ilin yayında görüşdüyünü bildirib. Tez-tez atası ilə görüşdüyünü onu gəzməy apardığını söyləyib.