Repetitorlarla bağlı növbəti açıqlama

repetitorlarla-bagli-novbeti-aciqlama
Oxunma sayı: 7374

“Hərbi xidməti tamamlayanlarla bağlı qaydalar hazırlanıb”.

“Qafqazinfo”nun verdiyi xəbərə görə, bunu TƏBİB-in İdarə Heyətinin sədri Ramin Bayramlı deyib. O bildirib ki, bu qaydaların tətbiqinə başlanılacaq.

Ramin Bayramlı qeyd edib ki, repetitorların fəaliyyəti ilə bağlı da qaydalar var: “Amma bu qaydaların tətbiqi üçün repetitorlar leqal işləməlidirlər”.

Nazirlər Kabinetinin mətbuat katibi İbrahim Məmmədov əlavə edib ki, repetitorlar yalnız eyni vaxtda bir şagirdə dərs deyə bilər: “Qrup şəklində məşğələyə icazə yoxdur”.

O bildirib ki, bu gün Təhsil naziri Ceyhun Bayramov təhsil sahəsi ilə bağlı açıqlama verəcək. 

Murad Əhməd