Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi “Rəqəmsal Dialoq” layihəsinə start verdi

reqemsal-inkisaf-ve-neqliyyat-nazirliyi-reqemsal-dialoq-layihesine-start-verdi
Oxunma sayı: 1330

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi ilk dəfə olaraq “Rəqəmsal Dialoq” layihəsinə start verib.

“Qafqazinfo” xəbər verir ki, 15 aprel (bu gün) saat 20:30-da nazirliyin feysbuk səhifəsində “Rəqəmsal Dialoq” adlı yeni veriliş yayımlanacaq.

Verilişin məqsədi nazirliyin fəaliyyəti barədə ictimaiyyətə ətraflı məlumat vermək, vətəndaşların suallarını cavablandırmaqdır.

Hər ay canlı yayımlanacaq proqramın ilk qonağı nazirin müşaviri Rəşad Bayramov olacaq.