Rəqibimiz erməni oldu

reqibimiz-ermeni-oldu
Oxunma sayı: 1500


ANS PRESS-in Azərbaycan Boks Federasiyasından aldığı xəbərə görə, 75 kq çəki dərəcəsində mübarizə aparan Şamil Əliyev Yaponiya nümayəndəsi Ren Umemura üzərində çətinlik çəkmədən qələbə qazanıb. Həmyerlimiz 1/16 final mərhələsində Ermənistan boksçusu Gevorq Petrosyanla üz-üzə gələcək. 

Bolqarıstanın paytaxtı Sofiyada keçirilən boks üzrə gənclər arasında dünya çempionatında ilk 3 yeri tutan boksçular planetin ən böyük yarışına vəsiqə qazanacaqlar.

Qeyd edək ki, dünya birinciliyi aprelin 14-dən 24-ə kimi Sofiyada Armeek Arenada keçiriləcək.