Rəqibinə 25 qol vurduqlarına görə baş məşqçini qovdular

reqibine-25-qol-vurduqlarina-gore-bas-mesqcini-qovdular
Oxunma sayı: 779

İspaniya futbolunda maraqlı hadısiə baş verib.

“Qafqazinfo” xarici KİV-nə istinadən xəbər verir ki, gənclər liqasında keçirilən "Serranos"un B komandası rəqibi "Benikalap"ın C komandasını 25 - 0 hesabı ilə məğlub edib. Qarşılaşmadan sonra qalib komandanın baş məşqçisi postundan qoulub.
 
"Serranos"un idarəçilərindən olan Pablo Alsaide məsələ ilə bağlı açıqlama verib. O, böyükhesablı qələbənin rəqibə hörmətsizlik olduğunu qeyd edib:
 
"Rəqibimizə hörmət etməyimiz lazımdı. Bu nəticədən sonra baş məşqçimizlə yollarımızı ayırmaq qərarı verdik. Vəziyyətə nəzarət edə bilmədi".