Rəqqasə Fatimə “Bakı-2015”ə klip çəkdirib

reqqase-fatime-baki-2015e-klip-cekdirib-
Oxunma sayı: 1963


Klip haqda təssüratlarını bölüşən rəqqasə Oyunlara dəstək olmağı özünə borc bildiyini qeyd edib: "Ev sahibi olaraq hər birimizin üzərinə məsuliyyt düşür. Mən də bir sənətçi olaraq bu mötəbər yarışlara dəstək olmaq istədim. Mətbuat katibim Tahirə ilə belə qərara gəldik ki, İlk Avropa Oyunlarına həsr edilən bir klip çəkdirək. Bununla da milli rəqs nümunəmizi də qonaqlara təqdim etmiş olaq. Klipi dostum Nail Naiboğluna çəkdirmişəm. Bu işdə mənə dəstək olan insanlar var. Onların da adını çəkməyi özümə borc bilirəm. Klipin ərsəyə gəlməsində Anna Vtən kompozisiyasının müəllifi Elşad bəyə və onun rəhbərik etdiyi “Şhade” qrupuna xüsusilə Ülvi və Məcidə, "Talant" qrupuna təşəkkürümü bildirirəm. 

Bundan əlavə “Vertioz” qrupunun üzvu Seyrana minnətdaram ki, vətənpərvərlik məqsədilə ərsəyə gələn bu layihədə məni tək qoymadılar. Böyük bir minnətdarlığım isə rəqsin quruluşuna görə tanımış baletmeyster Fərhad Vəliyevin payına düşür.İstəyirəm ki,  Azərbaycan mədəniyyətinin nə qədər zəngin olduğunu göstərim. Avropaya ev sahibliyi etmək bir daha Azərbyacan dövlətinin gücündən, qüdrətindən xəbər verir. İnanın bu klipin çəkilişləri zamanı sevincimin həddi hüdudu yox idi. Çünki mən vətənimi, xalqımı sevirəm və bu dövlətdə yaşadığım üçün qürur hissi keçirirəm”.

Könül