Rəqqasə Oksana Rəsulova Elşad Xose ilə toyunun vaxtını açıqladı

reqqase-oksana-resulova-elsad-xose-ile-toyunun-vaxtini-aciqladi
Oxunma sayı: 644

O, başlamasına sayılı günlər qalan yeni ildə toylarının baş tutacağını bildirdi:

"2012-ci ildə toy 100 faiz olacaq. Digər tarixlər hələ dəqiqləşməyib. Münasibətimizi rəsmiləşdirməyi düşünürük".

Oksana gələn ilin yaradıcılığında dönüş ili olacağını söyləyərək, bir sıra maraqlı layihələr həyata keçirəcəyindən xəbər verdi.

"İlk işim klip təqdimatıdır. "Leyli və Məcnun" müziklindəki çıxışıma görə təqdimatı keçirdim gələn ilin ilk günlərinə. Xatırladım ki, "Nur" adlı klip hind musiqisinə çəkilib. Mahnıdan sözlər çıxarılıb və yeni aranjmanda təqdim olunub. Mahnı üçün Azərbaycan dilində söz yazılıb ki, bunu mən şeir şəklində səsləndirmişəm. Klipdə məni 3 obrazda görəcəksiniz", - deyə rəqqasə bildirdi.

Bundan başqa, Oksana Rəsulova Hindistanın Azərbaycandakı səfirliyi ilə əməkdaşlığından danışdı. Bildirdi ki, yanvarda Hindistanın Respublika Günü keçiriləcək və o, bayram tədbirində xüsusi nömrə ilə çıxış edəcək. Rəqqasə bildirdi ki, hind səfirliyi onun yaratdığı qrupun dəstəkçisidir.