Rəqqasələrin qarşıdurması...

reqqaselerin-qarsidurmasi
Oxunma sayı: 1601




“Qafqazinfo” gecce.az-a istinadən xəbər verir ki, Xatirənin oğlunun ad günündə rəqqasə Fatimənin Oksanaya etdiyi jestin havada qalması, mediada səs-küyə səbəb olmuşdu. Onlar ATV-nin mikrofonuna həmin gündə baş verən hadisələrə aydınlıq gətiriblər. Atdığı addım ilə sadəliyini göstərdiyini deyən Fatimə bu əməlinə görə heç də peşman olmadığını, əksinə böyüklüyünü göstərdiyini bildirib.
“Sadəlik gözəl şeydir. Elə anlar var ki, onu yaddan çıxartmaq olmaz. Həyatda çalışaq, düz yolu seçək. Pislik bu dünyada qalır, özümüzlə isə yaxşı əməllərimizi aparırıq. Bir daha sübut olundu ki, mən həm sənətdə, həm də yaşda ondan böyüyəm”.
Oksana da bu məsələyə biganə qalmayıb. Fatimənin salamını süni qəbul edən rəqqasə, bu addımın reklamdan başqa bir şey olmadığını söyləyib. O, həmkarından nəinki salam verməsini, hətta ondan kənar gəzməsini istəyib. “Kimsə kameraya qarşı oynaya bilər, amma bu mənim içimdən gəlmir. Biz azı 50 yerdə qarşılaşmışıq. Bunu niyə belə şişirdirsiniz ki?“.