"Qafqazinfo" xəbər verir ki, "Günə Baxan"ın qonağı olan Rəqsanə ANS PRESS-ə açıqlamasında Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğan ilə duet oxumaq istədiyini açıqlayıb: “Mən o insanı çox sevirəm. Çox hörmət edirəm. Daha bilmirəm Ərdoğan mənim mahnımı oxuyar ya yox, amma onunla duet oxumağı çox istərdim”.
Qeyd edək ki, Türkmənistan prezidenti Qurbanqulu Berdımuhəmmədov yeni il münasibəti ilə keçirilən tədbirlərdən birində dicey pultu arxasına keçərək azərbaycanlı sənətçinin “İnanımmı” mahnısını ifa edib.
Rəqsanə indi prezidentlə görüşmək istədiyini və bu məqsədlə Türkmənistana səfərə hazırlaşdığını deyib. O, artıq viza alınması ilə bağlı proseslərin başlandığını və bu istiqamətdə danışıqlar aparıldığını bildirib.
Son xəbərlər
Son Xəbərlər