Rəqsanə bu videosuna görə tənqid olundu - Video

reqsane-bu-videosuna-gore-tenqid-olundu
Oxunma sayı: 7428

Müğənni Rəqsanə İsmayılova həyat yoldaşı ilə oğlunun yeni görüntülərini paylaşıb. 

“Qafqazinfo” xəbər verir ki, müğənni sükan arxasında əyləşən həyat yoldaşı və onun qucağındakı oğlunun videosunu instaqram hesabında yayımlayıb.

Videoda Rəqsanənin övladının həyatına etinasız yanaşması əks olunub. Belə ki, müğənninin əri avtomobil idarə edən zaman körpəsini qucağında saxlayıb və bununla azyaşlının həyatını təhlükəyə atıb.

Həmçinin, o, sükan arxasında təhlükəsizlik kəmərindən də istifadə etməyib. 

Qeyd edək ki, müğənninin bu paylaşımı sosial şəbəkələrdə tənqidlə qarşılanıb.

Sözügedən paylaşımı təqdim edirik: