Rəqsanə ögey oğlundan yazdı

reqsane-ogey-oglundan-yazdi
Oxunma sayı: 3034

Müğənni Rəqsanə İsmayılova həyat yoldaşı Fazil Əmiraslanovun ilk nikahından olan oğlu Elvindən yazıb.

“Qafqazinfo” xəbər verir ki, qızı Aysunla Elvinin fotosunu İnstaqram hesabında paylaşan ifaçı onları bir-birindən ayırmadığını deyib:

“Elvin mənim üçün Aysun necədirsə, elədir. “Ögey” sözü mənə yaddır. Ola bilər Elvini mən dünyaya gətirməmişəm, ancaq onu Aysun və digər övladlarım qədər istəyirəm. Həyat yoldaşım o qədər gözəl xasiyyətə malik insandır ki, hər şeyin təməlini ilk gündən necə qoyubsa, hər birimiz elə addımlayırıq. Bizdə ayrı-seçkilik yoxdur. Allah hər zaman balalarımızı xoşbəxt etsin”.