Rəqsanə primadonnanın qarşısında niyə susduğunu açıqladı

reqsane-primadonnanin-qarsisinda-niye-susdugunu-aciqladi
Oxunma sayı: 648

“Mən öz kiçikliyimi göstərib susuram”. Bu sözləri “Qafqazinfo”ya açıqlamasında müğənni Rəqsanə İlhamə Quliyevanın “O elə oxuyur ki, sanki quyruğunu tapdalayıblar. Belə oxumaq utanc vericidir. Ona mənim mahnılarımı oxumağı rəsmən qadağan edirəm” fikirlərinə münasibət bildirərkən deyib.

Rəqsanə bildirib ki, “ANS”də “Günə Baxan”verilişinə gedərkən İlhamə Quliyevaya zəng vuraraq mahnısını ifa etdiyini deyib: “Zəng vurdum İlhamə xanıma dedim ki, sizin mahnınızı oxumuşam. Siz də qulaq asın, necə ifa etdiyim barədə fikirlərinizi deyin. İlhamə Quliyeva mənə cavab olaraq bildirdi ki, “Oxumusan, eybi yox. Mən də efirdə baxıb qiymətləndirərəm””.

Rəqsanə veriliş bitdikdən sonra yenidən İlhamə Quliyevaya zəng vurduğunu qeyd edib: “Soruşdum ki, necə oxudum, xoşunuza gəldi? O da dedi ki, “mən bu mahnıya öz möhürümü vurmuşam. Heç kim mənim kimi ifa edə bilməz”. Bu sözdən sonra xoş münasibətlə sağollaşdıq. Heç bir problem olmadı. İndi niyə çıxıb belə deyir, bilmirəm . O böyükdür, mən isə kiçik. Nə deyir-desin, canı sağ olsun. Mən öz kiçikliyimi göstərib susuram”.

Aynur Babayeva