“Qafqazinfo”nun Axşam.az-a istinadən verdiyi məlumata görə, qocalar evinin sakinləri üçün iftar süfrəsi açan sənətçi anasından və qızlarından danışıb:
“Ata, ana başqadır. Onun pisi, nöqsanı yoxdur. Heç valideyni də atmaq olar? Onların qəlbləri qırıqdır. Üzlərinə baxırsan, bir kədər, çağırış var. Hərdən anama qışqırıram. Sonra zəng edib nə qədər üzr istəyirəm ki, bağışla, əsəbi olmuşam. Anam deyir, kaş sən oğlan doğulardın. Özüm sərt anayam. Qızlarıma qadağalar qoyuram, amma həmişə istədiklərini yerinə yetirmişəm. Günlərlə, aylarla evimdə olmuram, küçədə-bayırdayam. Hamısını övladlarım üçün edirəm. Qızlarım atasızlığı hiss etməyiblər”.
Son xəbərlər
Son Xəbərlər