"Şəhid olan əsgərlərimizin ruhunun qarşısında baş əyirəm, Allah valideynlərinə səbr versin. Mənim bir ana, vətəndaş kimi ürəyim ağrıyır. 15 can, 15 şəhid vermişik".
"Qafqazinfo"nun məlumatına görə, bu sözləri müğənni Rəqsanə İsmayılova söyləyib.
İfaçı müharibədə iştirak etməyə hazır olduğunu deyib:
"Hər birimiz bu millətin övladıyıq, müharibəyə mən də gedərəm. Vətənim uğrunda döyüşərək canımdan da keçmərəm. Ali baş komandanımızın əmrini gözləyirik.
Rəqsanə əsgərlərə mənəvi dəstək olmaq üçün mahnı ifa edib:
"İgid əsgər, möhkəm dayan!" mahnısını şəhidlərimizin əziz ruhuna ithaf edirəm, tezliklə bu mahnını qarabağda səsləndirəcəyim günə çox ümidliyəm".
Qeyd edək ki, "İgid əsgər, möhkəm dayan!" mahnısının ilk ifaçısı, eləcə də söz, musiqi müəllifi Şahin Musaoğludur.
Son xəbərlər
Son Xəbərlər