Rəqsanədən virtual dəvət

reqsaneden-virtual-devet
Oxunma sayı: 647

“Qafqazinfo”nun məlumatına görə, peşəkar musiqiçi Özgür Arkun və onun heyəti ilə çalışan Rəqsanə albom hazırlıqlarını tamamlamaq üzrədir.

Qeyd edək ki, bu günlərdə virtual aləmdən yazışan Rəqsanə və əməkdar artist Zaur Əmiraslanov duet oxumağa qərar veriblər. Rəqsanə xanım həmkarını Türkiyəyə dəvət edib. Dəvəti qəbul edən Zaur yaxın günlərdə yola çıxacaq.

Rəqsanə isə bildirib ki, İstanbula gələndən hər gün səhərdən gecə saatlarına qədər mahnıların məşqlərində və studiya yazılışında iştirak edir.

“Yorğun günlərdi. Amma keyfiyyəti görəndə, yorğunluğu unuduruq” – deyən ifaçı İstanbulda yeni ev kirayələyərək, çalışmaq üçün özünə rahat məkan seçdiyini bildirib.