Rəqsanənin nömrəsi borca görə bağlandı

Rəqsanənin nömrəsi borca görə bağlandı
Oxunma sayı: 648

Ötən gün “Maşın” şouda Səidə Sultan və aktrisa Pərvin Abıyeva qarşıdurması ilə bağlı incəsənət dünyasının tanınmış simaları da instaqramda paylaşım edib. 

“Qafqazinfo” xəbər verir ki, Rusiyada yaşayan müğənni Rəqsanə İsmayılova isə müğənni həmkarına dəstək olub. 

Rəqsanə Səidəyə səs verdiyi üçün telefonunun borca görə bağlandığını deyib:

“Səidə Sultan, səni təbrik edirəm. Səninlə birgə həyəcan yaşadım. Necə varsansa, eləsən. Həyatda olduğun kimi olmaq lazımdır. “Maşın” şou hər zaman düzü ortaya çıxarır. Özüm Rusiyadayam, rominq nörmərm borca görə bağlandı.

Halal xoşun olsun. Göz yaşlarımı saxlaya bilmədim. O biri xanım haqqında isə heç nə deyə bilmərəm. Biro nu deyə bilərəm ki, Səidə hər zaman tək olub. Nə pul buraxan insanı, nə də imnakanlı dayağı olmayıb”. 




Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi