Rəqsanənin qiymətində yanlışlıq olub!

reqsanenin-qiymetinde-yanlisliq-olub
Oxunma sayı: 634

Moskvadan Türkiyəyə gələn gələcək həyat yoldaşı ona Beynəlxalq Qadınlar Bayramı münasibəti ilə qiymətli hədiyyə verib. Dedi-qodunu özünə yaxına buraxmayan Rəqsanə hədiyyənin mahiyyətini açıqlamaqdan imtina edib. O, yeri gəlmişkən başqa bir mövzuya aydınlıq gətirib.

“Qafqazinfo”ya açıqlama verən müğənni son günlər toy qiyməti ilə bağlı adının qarşısındakı rəqəmin düzgün göstərilmədiyini deyib : “Mənim toy qiymətimin 4500 manat olduğu qeyd olunur. Mən həm Moskva toylarında çıxış edirəm, həm də ölkədə oluram. Moskvadakılar toy çıxışımın qiymətini bilirlər. Bakıda isə yarım saatlıq çıxışım 3 min manat, bütöv toyu isə ansamblla birlikdə 10 min manata oxuyuram. Qeyd edim ki, dəyərli musiqiçilərlə çalışıram. Qiymət mövzusunda yalnış informasiya yazılanda, bəzi insanlar bunu sübut kimi təqdim edirlər. Bu səbəbdən dəqiq rəqəmi açıqlamağı vacib bildim”.