Rəqsanənin qızı bu dəfə nişanlısını göstərdi - Video

reqsanenin-qizi-bu-defe-nisanlisini-gosterdi
Oxunma sayı: 6418

Müğənni Rəqsanə İsmayılovanın müğənni qızı Aysun İsmayılova Eşqin Cəlilovla nişanlanıb.

“Qafqazinfo” xəbər verir ki, nişan Rusiyada olub. Aysun məclisə ögey atası Fazil Əmiraslanovla birgə daxil olub.

Bəyin görüntüləri ilk dəfə sosial şəbəkələrdə paylaşılıb. Belə ki, Aysun onun üzünü uzun müddətdir gizlədirdi.

Tədbirdə çıxış edən Rəqsanə göz yaşlarını saxlaya bilməyib: “Bu gün mənə çox çətindir. Hiss edirəm ki, valideynlər üçün övlad köçürmək nə qədər çətindir. Aysun mənim canım, nəfəsimdir. Aysun məni ana edib. Mən də istəyirəm ki, Aysun, sən də ana olasan. Fazil bəyə də çox təşəkkür edirəm. Aysun atasız böyüyüb, amma bu gün... Çox sağ ol ki, Aysunun yanında olur, ona dəstək olursan. Sənə çox minnətdaram”.

Məclisdə Zamiq Hüseynov, Türkan Vəlizadə, Adil Karaca və digər müğənnilər iştirak edib.