Rəşad Camalov Şirvan camaatı ilə izdihamlı görüş keçirib - Fotolar

resad-camalov-sirvan-camaati-ile-izdihamli-gorus-kecirib
Oxunma sayı: 6416

46 saylı Şirvan seçki dairəsindən deputatlığa namizəd Rəşad Camalov rayon camaatı ilə bir araya gəlib.  

"Qafqazinfo" xəbər verir ki, deputatlığa namizəd Rəşad Camalov Şirvan əhli ilə xoş ünsiyyətdən məmnun qalıb. Şirvan şəhərinin Bayramlı, Çırpaqlı qəsəbələrinin və kənd evlərinin sakinləri Rəşad Camalovla görüşdə rayonun ümumi vəziyyəti barədə danışıblar.

Deputatlığa namizəd Rəşad Camalov özü haqqında insanlara ətraflı məlumat verərək bu yerlərə heç də yad olmadığını söyləyib. Rəşad Camalov qeyd edib ki, ölkədə aparılan gənclər siyasəti çox uğurla həyata keçirilir. 
Deputatlığa namizəd bildirib ki, gənclər hər zaman dövlət başçısının ətrafında sıx birləşib və cənab prezidentin gördüyü işləri alqışlayır. 

Deputatlığa namizəd Şirvan şəhərində Heydər Əliyevin abidəsini rayon camaatı ilə birgə ziyarət edib. İnsanlarla səmimi görüşlərini keçirən Rəşad Camalov deputat seçiləcəyi təqdirdə hər bir şirvanlının yanında olacağını qeyd edib. 

Rəşad Camalovun keçirdiyi görüşlərdə kənd ağsaqqalları ona uğurlar arzulayıblar. Seçicilər Rəşad Camalova səs verəcəklərini bildiriblər.