"Qafqazinfo"ya daxil olan məlumata görə, şeirləri İtaliyan dilinə Azərbaycanın dostu, italiyan şair, bəstəkar, Milan Konservatoriyasının professoru, Vladimir Delman adına xorun bədii rəhbəri, o cümlədən Azərbaycan Yazıçılar Birliyinin üzvü Davide Qualtieri, İtaliyada Azərbaycan Mədəniyyət Assosiasiyasının sədri, xoreoqraf Mais Nuriyevin sətri tərcüməsi əsasında çevirib. Kitabda şeirlərin mövzusuna uyğun olaraq tanınmış Azərbaycan rəssamlarının əsərləri də yer alıb. Kitab Davide Qualtierinin Rəşad Məcidə həsr etdiyi “Körpü salırıq” şeiri ilə açılır, daha sonra müəllif haqda geniş məlumat və Qualtierinin şeirlər haqda essesi verilib.
Qeyd edək ki, İtaliyada fəaliyyət göstərən Azərbaycan Mədəniyyət Assosiasiyası 11 - 12 iyul 2015-ci il tarixlərində Milan şəhərində sözü gedən kitabın təqdimatını təşkil edəcək. Azərbaycan Mədəniyyət və Turizm nazirliyinin də dəstəklədiyi bu tədbirlər 11 iyulda Cüzeppe Verdi adına Milan Dövlət Konservatoriyasında, 12 iyulda isə Milanın Palazzo Marino konfrans zalında keçiriləcək.
Son xəbərlər
Son Xəbərlər