Rəşad Nəbiyev Göyçayda şəhid ailəsini ziyarət etdi

resad-nebiyev-goycayda-sehid-ailesini-ziyaret-etdi
Oxunma sayı: 1529

Rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev vətəndaşların qəbulu ilə əlaqədar Göyçay rayonuna səfəri çərçivəsində şəhid ailəsini ziyarət edib.

“Qafqazinfo” xəbər verir ki, Rəşad Nəbiyev şəhid polkovnik-leytenant Vidadi Xəlilovun ailə üzvləri ilə görüşüb, qayğıları ilə maraqlanıb.

Görüşdə yaxınları şəhidlə bağlı xatirələrini bölüşüblər, onun Vətən müharibəsində keçdiyi döyüş yolundan danışıblar.