Rəşad Nəbiyev Naftalanda iki övladı şəhid olmuş ailəni ziyarət etdi

resad-nebiyev-naftalanda-iki-ovladi-sehid-olmus-aileni-ziyaret-etdi
Oxunma sayı: 1920

Rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev vətəndaşların qəbulu ilə əlaqədar Naftalan rayonuna səfəri çərçivəsində şəhid ailəsini ziyarət edib.

“Qafqazinfo” xəbər verir ki, nazir iki şəhid qardaş – I Qarabağ müharibəsi şəhidi Mehman Bayramov və Aprel döyüşləri şəhidi kapitan Vaqif Bayramovun ailə üzvləri ilə görüşüb.

Görüşdə yaxınları şəhidlərlə bağlı xatirələrini bölüşüblər, onların keçdiyi rəşadətli döyüş yolundan danışıblar.