Rəşad Nəbiyev Qubada gənclərlə görüşdü - Fotolar

Rəşad Nəbiyev Qubada gənclərlə görüşdü
Oxunma sayı: 1075

Rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev vətəndaşların qəbulu ilə əlaqədar növbəti səfəri çərçivəsində Quba, Qusar, Xaçmaz, Şabran, Siyəzən və Xızı rayonlarında yaşayan, informasiya texnologiyaları, innovasiyalar və rəqəmsal inkişaf sahəsində fəal olan gənclərlə görüşüb.

“Qafqazinfo” xəbər verir ki, görüşdə ölkəmizdə İKT sektorunda həyata keçirilən yeniliklər haqqında danışılıb.

İnnovasiya ekosisteminin qurulmasında gənclərin rolu haqqında fikir mübadiləsi aparılıb.