Rəşad Nəbiyevə Beynəlxalq Cüdo Federasiyasında vəzifə verildi

resad-nebiyeve-beynelxalq-cudo-federasiyasinda-vezife-verildi
Oxunma sayı: 1974

Azərbaycan Cüdo Federasiyasının (ACF) prezidenti, rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyevə Beynəlxalq Cüdo Federasiyasında (İJF) vəzifə verilib.

“Qafqazinfo” İJF-nin saytına istinadən xəbər verir ki, o, Yeni Texnologiyalar və Yüksək Keyfiyyət Komissiyasının sədri təyin olunub. 

Komissiyanın vəzifəsi nəticələrin yüksəldilməsinə şərait yaratmaq və müasir texnologiyaların idmançıların inkişafına yönəldilməsinə kömək etməkdir.