Futbol üzrə Azərbaycan millisinin sabiq futbolçusu, hazırda "Zirə" klubunun baş məşqçisi olan Rəşad Sadıqov Avro-2020-nin final matçını şərh edəcək.
"Qafqazinfo" xəbər verir ki, təcrübəli mütəxəssis İtaliya və İngiltərə arasında sabah keçiriləcək finalın matçı zamanı şərhçi Tural Dadaşovla birlikdə İctimai TV-nin mikrofonu arxasında olacaq.
Qeyd edək ki, R.Sadıqov futbolçu ikən hər iki komandaya qarşı çıxış edib.
Xatırladaq ki, final matçı iyulun 11-də saat 23:00-da start götürəcək.
Son xəbərlər
Son Xəbərlər