“Rəşad Sadıqov əsəbiləşmişdi” - Pərdis

resad-sadiqov-esebilesmisdi
Oxunma sayı: 1273

Azərbaycan Premyer Liqasının 31-ci turunda səfərdə “Qarabağ”la heç-heçə edən (1:1) “Keşlə”nin oyunçusu Pərdis Fərcad Azad jurnalistlərin suallarını cavablandırıb.

-Biz yaxşı oynadıq. Pressinq edirdik. “Qarabağ”a çox top saxlamağa imkan vermirdik. Doğrudan da, komanda çox yaxşı oyun nümayiş etdirdi. Təəssüf ki, qalib gələ bilmədik.

-Adətən “Qarabağ”a qarşı klublar qapalı futbol oynayırlar.Lakin bu gün Keşlə açıq futbola üstünlük verirdi. Qorxmurdunuzmu rəqibdən?

-Xeyr. Məşqçimiz bizə öz təlimatlarını vermişdi. Bizə “Qəbələ”yə qarşı ikinci hissədə nümayiş etdirdiyimiz oyunu təkrar göstərməyi xahiş etmişdi. Biz də meydana açıq futbol oynamağa çıxmışdıq. Şükür Allaha ki, istədiyimizi bacara bildik.

-Pərdis, razısanmı ki “Keşlə” qış fasiləsindən sora ən yaxşı oyununu göstərdi?

-Bəli, qismən razıyam sizinlə. “Qəbələ”yə qarşı ikinci hissədə uğurlu alınmışdı, amma “Qarabağ”a qarşı ən yaxşı oyunumuzu göstərdik.

-Oyunda iki epizod oldu ki, orada ötürmə vermək əvəzinə özün zərbə vurmağa üstünlük verdin,halbuki o epizodlarda 5 nəfərlə hücuma çıxmışdınız. Hətta komanda yoldaşlarında sənə öz etirazlarını bildirdilər.

-Mən hücumçuyam, və cərimə meydançası daxilində topu qəbul edən kimi özümü qapıya zərbə vurmağa kökləyirəm. Əlbəttə ki, ötürmə də etmək olardı o epizodlarda, lakin bir hücumçu kimi qapıya zərbə vurmağa üstünlük verdim.

-Oyundan sonra soyunub-geyinmə otağında komanda yoldaşlarınlar bu epizodlarla bağlı söz-söhbətiniz oldumu?

-Xeyr. Heç bir söz-söhbət olmadı.

-Paxıl hücumçusanmı?

-Paxıl deyiləm. Komanda yoldaşlarıma ötümə verməyi bacarıram.Sadəcə,yenə də düşünürəm ki,əgər hücumçu topu rəqibin cərimə meydançasında qəbul edirsə, ilkin olaraq rəqb qapısına yol tapmağı düşünməlidir. Çox təəssüf, ki top qapıdan keçmədi.

-Oyundan sonra Rəşad Sadıqovla aranızda nə baş verdi?

-Heç nə. Mənim Rəşada böyük hörmətim var və aramızda heç bir söz-söhbət baş verə bilməz. Sadəcə, oyundan sonra Rəşad bir az əsəbləşmişdi, amma yenə də qeyd edirəm ki, aramızda ciddi heç nə baş vermədi.

-Necə düşünürsən, bugün “Qarabağ” 2 xal itirdi, yoxsa “Keşlə”?

-Məncə, heç-heçə oyunun layiqli nəticəsi idi. “Qarabağ” ikinci hissədə yaxşı oyun nümayiş etdirdi, onların da qol imkanları var idi, bizim də. Düşünürəm ki, heç-heçə ədalətli nəticə idi.