Rəşad Sadıqov narazıdır

resad-sadiqov-narazidir
Oxunma sayı: 641

Komandalarının baş məşqçisi Qurban Qurbanov və futbolçu Əfran İsmayılovun söylədiyi fikirlərin əksinə olaraq, millimizin kapitanı Qol.Az-ın müxbiri ilə söhbətində Elnurun Raufa qəsdən zərbə endirmədiyini bildirib.

“Hadisədi, oldu keçdi. Elnur da bunu istəməzdi. Sadəcə olaraq, kobud oynadı. Amma Raufu zədələmək istədiyinə inanmıram”.

Sadıqov futbolda bu cür hadislərin yaşanmasının normal olduğunu bildirib: “Futbolda belə hallar olur. Normal şeylərdir. Elnurun yerində biz də ola bilərdik və istəmədən kimisə qarşı kobud oynaya, onu zədələyə bilərdik. Bu, artıq geridə qaldı”.

Təcrübəli futbolçu baş verən hadisədən sonra Allahverdiyevlə bu barədə söhbət etmədiyini deyib: “Buna ehtiyac da yoxdur. Elnurla aramızda hər hansı söhbət olmayıb”.