Rəşad Sadıqov “Qarabağ”a qarşı - Fotolar

resad-sadiqov-qarabaga-qarsi
Oxunma sayı: 4725

Azərbaycan Premyer Liqasının 7-ci turunda keçirilən "Zirə" - "Qarabağ" oyunu 0:0 hesabı ilə başa çatıb.

"Qafqazinfo" xəbər verir ki, bu, "Zirə"nin çalışdırdıcısı Rəşad Sadıqovun baş məşqçi kimi uzun illər kapitanı olduğu "Qarabağ"a qarşı ilk matçı olub.

Qarşılaşmadan sonra açıqlama verən gənc mütəxəssis "Qarabağ"la oyunun start fitinədək fərqli hisslər yaşadığını vurğulayıb: "Amma hakimin fitindən sonra ancaq öz komandanın qələbəsi barədə fikirləşdirdim. Çempionatımızda hər bir komandaya simpatiyam var. Amma indi yalnız öz uğurlarımız üçün çalışırıq".